62 yaşlı qadını maşın vurdu

62 yaşlı qadını maşın vurdu
HADİSƏ 21 Noyabr 2026 18:40

Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.