Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Ölkə başçısı

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Ölkə başçısı
SİYASƏT 21 Noyabr 2026 16:34

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb.