Maşın almaq üçün kredit götürdü, pulu köhnə tanışı oğurladı
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4 000 manat kredit götürərək yaşadığı evə gətirib, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.
Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.