Avtomobil şirniyyat mağazasına girdi - Video
Hövsanda minik avtomobili qəzaya uğrayıb.
Sitat.info xəbər verir ki, hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı “Tatlı” şirniyyat mağazasına çırpılıb.
Hadisə nəticəsində avtomobildəki şəxslər xəsarət alıb. Həmçinin həmin vaxt mağazada olanlar da həyəcan yaşayıblar.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
///Qafqazinfo