Azərbaycanda avtobus istehsalı 77 %-dən çox artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 282 ədəd avtobus istehsal edilib.
Sitat.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 77,4 % çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 38 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk 10 ayı ayında Azərbaycanda 350,9 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 75,2 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 77,2 % artıb.
Bundan başqa, yanvar-oktyabr aylarında Azərbaycanda 2 300 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 980 ədəd və ya 29,9 % azdır. Nəticədə bu ilin noyabrın 1-nə 238 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 407 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 4,7 % azdır. Bu ilin noyabrın 1-nə 6ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-oktyabr aylarında ölkədə750 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Bu ilin noyabrın 1-nə 67 ədəd hazır məhsul ehtiyatı yaranıb.