Beyləqanda baş verən qəzanın detalları-Foto
Beyləqanda baş verən qəza zamanı 3 nəfər xəsarət alıb.
Sitat.info xəbər verir ki, hadisə rayonun Türklər kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil "Hyundai"la toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Abbasov Lətifşah Əmirşah oğlu, 1988-ci il təvəllüdlü Abbasova Təhminə Abdulla qızı, 1992-ci il təvəllüdlü Məmmədova Zərif Sarı qızı müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lətifşah Abbasov və Təhminə Abbasova ər-arvaddır.
Faktla bağlı araşdırma başlanıb.
///Teleqraf