Myanma azsaylı müsəlman xalqına qarşı soyqırım törədib - BMT-nin ali məhkəməsindən QƏRAR
Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın 2017-ci ildə Rohinca müsəlmanlarına qarşı həyata keçirdiyi əməliyyatlar zamanı soyqırım törətdiyini müəyyən edib.
Sitat.info xəbər verir ki, qərar Qambiyanın Myanmaya qarşı qaldırdığı iddia üzrə qəbul olunub. Məhkəmə Myanmanın soyqırımın qarşısını almaq, cinayətkarları cəzalandırmaq və sübutları qorumaq öhdəliklərini pozduğunu bildirib. 2017-ci ildə Myanma ordusunun Rakhayn ştatında keçirdiyi əməliyyatlar nəticəsində yüz minlərlə Rohinca ölkəni tərk edərək Banqladeşə sığınmışdı. Həmin hadisələr zamanı minlərlə insanın öldürüldüyü, yaşayış məntəqələrinin dağıdıldığı və qadınlara qarşı zorakılıq törədildiyi barədə məlumatlar yayılmışdı.
Məhkəmə Myanmadan pozuntulara son qoymağı, məsul şəxsləri araşdırmağı və zərərçəkənlərin təhlükəsiz, könüllü şəkildə geri qayıtması üçün tədbirlər görməyi tələb edib. Həmçinin Rohinca icmasına dəymiş zərərin kompensasiyası məsələsinin sonrakı mərhələdə müəyyənləşdirilməsi qərara alınıb. Bu qərar Rohinca xalqının hüquqlarının müdafiəsi baxımından tarixi əhəmiyyət daşıyır.
Nigar,
Sitat.info