Paşinyan Moskvada Putinlə görüşəcək

Paşinyan Moskvada Putinlə görüşəcək
Dünya 19 Noyabr 2026 16:10

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Paşinyan bu gün jurnalistlərə keçirdiyi brifinqdə bildirib.

    “Biz dekabrın 3-də Moskvaya işgüzar səfərimlə bağlı əvvəlcədən razılığa gəlmişik. Orada Rusiya Prezidenti ilə görüş və müzakirələr aparacağam”, – Paşinyan qeyd edib.

    Ermənistanın Baş naziri dekabr ayında Rusiyaya daha iki səfərinin planlaşdırıldığını da açıqlayıb.

    Onun sözlərinə görə, dekabrın 11-12-də Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Dekabrın sonunda isə o Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərinə qatılmaq üçün Rusiyaya səfər edəcək.