Məşhur aktyor qəzada öldü

Məşhur aktyor qəzada öldü
Dünya 19 Noyabr 2026 14:45

ABŞ-ın tanınmış aktyoru Larri Poyndekster 66 yaşında ölüb.

Sitat.info xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.

    Məlumata görə, aktyor noyabrın 13-də Los-Ancelesin Studio City ərazisində yolu keçərkən avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Poyndeksterin qabırğaları sınıb və noyabrın 18-də əməliyyat olunması planlaşdırılıb. Lakin aktyor həmin gün səhər saatlarında xəstəxanada qəfil ölüb. Onun ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

    Qeyd edək ki, 1960-cı ildə anadan olan Larri Poyndekster 40 ildən artıq davam edən aktyorluq karyerası ərzində 200-ə yaxın film və televiziya layihəsində rol alıb.

    O, “Santa Barbara”, “Friends” (“Dostlar”), “How I Met Your Mother” (“Ananla necə tanış oldum”), “JAG”, “Days of Our Lives” və “General Hospital” seriallarında çəkilib. Aktyor 2003-cü ildə ekranlara çıxan “S.W.A.T.” filmində polis kapitanı Tom Fuller obrazını canlandırıb.