Qəzada ölənlər tanınmış sənətçinin oğlu və nəvələri imiş – Fotolar

Qəzada ölənlər tanınmış sənətçinin oğlu və nəvələri imiş – Fotolar
HADİSƏ 19 Noyabr 2026 09:48
Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada həlak olanlar tanınmış aşığın ailə üzvləri imiş.

Sitat.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, “Opel” markalı avtomobillə toqquşan “Tofaş”da həlak olan 37 yaşlı Sənan Dərgahquliyev ölkənin qərb bölgəsində tanınmış el sənətkarı olan Aşıq Hüsən Şəmistanoğlunun övladıdır.

Qəzada Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də ölüb. Onun həyat yoldaşı 30 yaşlı Türkan Dərgahquliyeva isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qəzada ölənlər tanınmış sənətçinin oğlu və nəvələri imiş – Fotolar Qəzada ölənlər tanınmış sənətçinin oğlu və nəvələri imiş – Fotolar