Bu qurumun işçilərinin sayı və maaşları açıqlandı

Bu qurumun işçilərinin sayı və maaşları açıqlandı
Gündəm 18 Noyabr 2026 16:37

Nazirlər Kabineti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında” qərar verib.

Sitat.info xəbər verir ki, qərara əsasən, İnstitutun strukturuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun aparatı (şöbələr və sektorlar), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun “Laboratoriya və Təcrübə Mərkəzi” daxildir.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin say həddi 435 ştat vahidi olmaqla təsdiq edilib.

    Eyni zamanda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)

     

    Sıra

    №-si

     

     

    Vəzifələrin adı

     

    Aylıq vəzifə maaşı (manatla)

    1.

    Direktor

    6000

    2.

    Direktor müavini, direktor müavini-baş mühəndis

    5000

    3.

    Mərkəz müdiri

    4200

    4.

    Şöbə müdiri

    4000

    5.

    Mərkəz müdirinin müavini

    3400

    6.

    Şöbə müdirinin müavini

    3300

    7.

    Sahə rəisi

    2900

    8.

    Sektor müdiri, sektor müdiri-baş mühasib

    2700

    9.

    Direktorun köməkçisi

    2600

    10.

    Elmi katib

    2300

    11.

    Baş məsləhətçi, baş elmi işçi

    2100

    12.

    Baş aqronom, baş mexanik

    2000

    13.

    Aparıcı məsləhətçi, aparici iqtisadçı, aparici elmi işçi

    1800

    14.

    Böyük mühəndis, böyük məsləhətçi, böyük elmi işçi

    1600

    15.

    Mühəndis, məsləhətçi, elmi işçi, texnoloq-analtik

    1400

    16.

    Kiçik elmi işçi, böyük laborant

    1200

    17.

    Anbar təsərrüfatının rəhbəri

    910

    18.

    Anbardar

    890

    19.

    Laborant, kompüter operatoru, dispetçer

    700

    20.

    Elektrik, sürücü

    600

    21.

    Texniki işçi (qazanxana operatoru, fəhlə, xadimə, bağban, gözətçi)

    500

    Qeyd. İnstitutun işçilərinin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına verilir.