Komitə sədrinin müavinlərinin sayı artırıldı - FƏRMAN

Komitə sədrinin müavinlərinin sayı artırıldı - FƏRMAN
SİYASƏT 18 Noyabr 2026 14:43

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

    Fərmana əsasən, Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini olacaq. İndiyə qədər bu say 2 idi.