Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı
KRİMİNAL 18 Noyabr 2026 10:10
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.