“Changan” idarəetməni itirərək səkiyə çıxdı - Foto
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib.
Sitat.info xəbər verir ki, “Changan” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb.
Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan nəqliyyat vasitəsini ərazidən götürmək üçün ağır texnika cəlb edilib.
//Qafqazinfo