Ustanı xüsusi amansızlıqla qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Sitat.info xəbər verir ki, "Unikal"-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Vaxt məhdudiyyətindən təqsirləndirilənin sərbəst ifadəsinin dinlənilməsi növbəti prosesədək təxirə salınib.
Məhkəmənin növbəti baxış iclası dekabrın 1-nə təyin edilib.
Qeyd edək ki,hadisə 2026-cı il iyulun 11-də Bakının Xəzər rayonu Binə Atçılıq Yaşayış massivində baş verib.Həmin ərazidə yaşayan 45 yaşlı Xalid Bağırovun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, Xalid Bağırov ərazidəki evlərdən birinə internet kabelının çəkilişi zamanı işlədiyi evin sahibinin qonşusu olan Ceyhun Babayev tərəfindən qətlə yetirilib. Hadisədə şübhəli bilinən Ceyhun Babayev saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, tərəflər arasında mübahisə internet çəkilişi zamanı istifadə olunan kabelin qırıntılarının küçəyə düşməsi olub. Buna görə Xalid Bağırova iradını bildirən Ceyhun Babayev onunla mübahisə edib və bir qədər sonra o qonşunun evinə daxil olaraq Xalid Bağırova çoxsaylı bıçaq zərbələri endirib. Bir qədər sonra o, Xalid Babayevin ölməsinə əmin olmaq üçün yenidən geriyə qayıdaraq o Ceyhun Babayevə daha bir neçə bıçaq zərbələri endirərək hadisə yerindən uzaqlaşıb.
Meyitin ekspertizası zamanı Xalid Bağırovun bədənində 36 bıçaq zərbəsi müəyyən edilib.
Növbəti proses dekabrin 1-nə təyin edilib.
Ceyhun Babayev barəsində CM-nin 120.2.4-cü (xüsüsi amansızliqla və ümümi təhlükəli usulla qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.