Almaniya XİN başçısı Azərbaycana gələcək

Almaniya XİN başçısı Azərbaycana gələcək
SİYASƏT 17 Noyabr 2026 13:28
Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana gələcək.

Sitat.info xəbər verir ki, səfərin məqsədi Azərbaycanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsidir. Qurumdan vurğulayıblar ki, bu, Vadefulun Almaniyanın xarici işlər naziri qismində Azərbaycana ilk səfəridir.

Almaniya XİN-nin məlumatına görə, almaniyalı nazir Bakıda rəsmi şəxslərlə, xüsusilə Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlar aparacaq. Danışıqların əsas mövzuları iyulda Almaniya ilə razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi və Cənubi Qafqazda sülh prosesi olacaq.

Çərşənbə günü Vadeful Ermənistana yola düşəcək. İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqların aparılması planlaşdırılıb.