Deputat "Bura danışmaqxanadı" dedi, spiker irad bildirdi-Parlamentdə maraqlı anlar

Deputat \"Bura danışmaqxanadı\" dedi, spiker irad bildirdi-Parlamentdə maraqlı anlar
SİYASƏT 17 Noyabr 2026 13:15
Mənim haqqımı heç kim ala bilməz. Bəziləri yerlərdən deyir ki, 3-5 dəqiqə. Qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdi, danışmaqxanadı. Danışmağa sərhəd qoymaq olmaz”.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib:

“Bura danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. Reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif edildi, səsə qoyuldu və qəbul edildi. Ürəyiniz nə qədər istəyirsə, danışın”.