42 yaşlı kişi binadan yıxıldı

42 yaşlı kişi binadan yıxıldı
HADİSƏ 16 Noyabr 2026 19:33

Gəncədə 42 yaşlı kişi yaşayış binasından yıxılıb.

Sitat.info xəbər  verir ki, hadisə şəhərin İsax Cəfərov küçəsi, bina 3 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev ehtiyatsızlıq nəticəsində yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

O, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya çatdırılıb. Hazırda zərərçəkənin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (oxu.az).