Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO

Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO
HADİSƏ 16 Noyabr 2026 16:03

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. 

Sitat.info xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatın doğru olmadığı bildirilib.

Qeyd edilib ki, sözügedən avtomobil TƏBİB-ə deyil, özəl xəstəxanalardan birinə məxsusdur.