Bakıda obyektdə yanğın 

Bakıda obyektdə yanğın 
HADİSƏ 16 Noyabr 2026 15:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sitat.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.