Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
SOSİAL 16 Noyabr 2026 13:52
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Sitat.info-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib", - məlumatda qeyd olunub.