Azərbaycan millisi Andorra ilə qarşılaşacaq

Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
İdman 16 Noyabr 2026 10:38
Azərbaycanın futbol üzrə milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə meydana çıxacaq.

Sitat.info xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Andorra komandası ilə səfərdə qarşılaşacaq.

Enkamp şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi ispaniyalı FIFA referisi Xose Luis Munuera olacaq.

Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olacaq. Yığmanın kapitanı Emin Mahmudov bu görüşdən sonra Azərbaycan millisindəki karyerasını başa vuracaq.