Azərbaycan Monteneqroya darmadağınla uduzdu

Azərbaycan Monteneqroya darmadağınla uduzdu
İdman 11 Noyabr 2026 16:58

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib.

Sitat.info-nun məlumatına görə, komanda Monteneqronun müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gəlib.

Serbiyanın paytaxtı Belqraddakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 7:2.

Xatırladaq ki, U-19 noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.