Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - FOTO

Sərnişin avtobusu işıqlandırma dirəyinə çırpıldı - FOTO
HADİSƏ 11 Noyabr 2026 14:16

Gəncədə marşrut avtobusu qəzaya uğrayıb.

Sitat.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları sındıraraq dayanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.