Arvadının iynə vurduğu kişi öldü - Foto
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.
1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.