Gəncədə 15 yaşlı yeniyetmə 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti isə... 

Gəncədə 15 yaşlı yeniyetmə 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti isə... 
HADİSƏ 10 Noyabr 2026 12:59
Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ömər Rzayev binanın 5-ci mərtəbəsindən yıxılıb.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.