“Real”ın əfsanəsi bu kluba baş məşqçi təyin olundu
Sitat.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 49 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu, Raulun əsas komanda səviyyəsində ilk baş məşqçilik təcrübəsi olacaq.
Hazırda İspaniya Sequndasında mübarizə aparan “Ovyedo” 13 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda pley-off zonasından cəmi 1 xal geri qalır. Ötən mövsüm La Liqanı sonuncu pillədə başa vuran klub aşağı liqaya düşüb. Raulun yeni komandasının sükanı arxasında debütü noyabrın 14-də “Jirona” ilə ev oyununda baş tutacaq.
Qeyd edək ki, Raul məşqçilik karyerasına 2018-ci ildə “Real”ın sistemində başlayıb və 2025-ci ilə qədər burada çalışıb. O, futbolçu kimi 1994-2010-cu illərdə Madrid təmsilçisinin heyətində 741 oyuna çıxaraq 323 qol vurub.