"Qara qızıl" ucuzlaşdı

\"Qara qızıl\" ucuzlaşdı
İQTİSADİYYAT 10 Noyabr 2026 11:08
Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşaraq 101 dollardan aşağı düşüb.

Sitat.info xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,10% azalaraq 100,90 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 107,46 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.