Qubada avtomobil dərəyə aşdı

Qubada avtomobil dərəyə aşdı
HADİSƏ 10 Noyabr 2026 09:00
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib

Sitat.info xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.