Cəlilabadda fərdi yaşayış evində yanğın
Cəlilabad rayonunun Üçtəpə kəndində fərdi yaşayış evində yanğın baş verib.
Sitat.info xəbər verir ki, yanğın Famil Rzayevə məxsus birmərtəbəli evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evdə qəfil yanğın başlayıb. Hadisə nəticəsində evin 16 kvadratmetrlik hissəsi yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.