"BakuBus" avtobusu yağış çuxuruna düşdü, sərnişinlər yolda qaldı - VİDEO
Bakının Ramana qəsəbəsində 163 nömrəli “BakuBus” avtobusu yağış sularının yaratdığı çuxura düşərək hərəkətsiz vəziyyətə düşüb.
Sitat.info xəbər verir ki, hadisə Zabrat–Maştağa yolundan Heydər Əliyev prospektinə (Buta Palace istiqamətinə) çıxışı təmin edən, bir neçə kəndin istifadə etdiyi əsas yolda baş verib.
Hadisə nəticəsində avtobusda olan sərnişinlər başqa avtobusa təxliyə edilib.