Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü

Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
Dünya 09 Noyabr 2026 09:45
Çinin şimalındakı Şansi əyalətində yerləşən yaşayış komplekslərindən birində güclü yanğın baş verib

Sitat.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə Tayyuan şəhərinin İnçze rayonundakı yaşayış binasında qeydə alınıb.

Nəticədə 14 nəfər həyatını itirib, 33 nəfər isə xəsarət alıb.

Ərazidə fəsadların aradan qaldırılması və xilasetmə işləri davam etdirilir. Yanğının başvermə səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.