ABŞ Qeşm adasına zərbələr endirib

ABŞ Qeşm adasına zərbələr endirib
Dünya 09 Noyabr 2026 09:38
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına bir neçə dəfə raket atıb.

Sitat.info xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, adada azı dörd partlayış baş verib, bir neçə obyekt hədəfə alınıb.

Partlayışların Hörmüz boğazı ərazisində İran qüvvələrinin fəaliyyəti ilə əlaqəli ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, Noyabrın 7-də ABŞ Silahlı Qüvvələri Qeşm adasında İran ordusuna məxsus zenit qurğusuna zərbə endirib.

Bundan bir gün əvvəl “Fox News” telekanalı mənbələrinə istinadən ABŞ-nin noyabrın 9-da, Yaxın Şərqdə yeni ay fazası başlayanda İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə ABŞ rəhbərliyinin İslam Respublikası ilə münaqişəni davam etdirmək qərarına gələcəyi təqdirdə Vaşinqtonu “cəhənnəmə çevirməklə” hədələyib.