ADY kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Dəmir Yollarının kollektivi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib.
Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!
