AKP Azərbaycanı təbrik etdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sitat.info xəbər verir ki, bu barədə hakim partiyanın sosial media hesablarında paylaşım olunub.
“Qarabağ Zəfərinin altıncı ildönümündə qardaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edir, bu tarixi qələbənin qəhrəmanlarını rəhmət və minnətdarlıqla yad edirik”, - paylaşımda bildirilib.