ADY Azərbaycan xalqını təbrik etdi - VİDEO
Azərbaycan Dəmir Yolları (ADY) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sitat.info xəbər verir ki, qurumun təbrikində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin xalqın birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğu vurğulanıb.
Bildirilib ki, Vətən müharibəsi zamanı dəmiryolçular həm döyüş meydanında, həm də nəqliyyat sahəsində mühüm xidmətlər göstəriblər. Onlar ön cəbhədə silaha sarılaraq döyüşüblər, arxa cəbhədə isə hərbçilərin təminatında və daşımaların təşkilində yaxından iştirak edərək əsgərlərə dəstək olublar.
ADY qeyd edib ki, Azərbaycanın tarixi Zəfəri xalqın həmrəyliyinin və Vətən sevgisinin təntənəsi olmaqla yanaşı, gələcək nəsillər üçün də qürur mənbəyidir.
Qurum xalqımızı Zəfər Günü münasibətilə təbrik edərək bu qələbənin tarixdən heç vaxt silinməyəcəyini vurğulayıb.