Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv edildi
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib.
Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.
Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.