Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya, radio işçilərinin peşə bayramı kimi qeyd edilir.
Sitat.info xatırladır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.