Bakının bu yollarında sıxlıq var - SİYAHI

Bakının bu yollarında sıxlıq var - SİYAHI
SOSİAL 06 Noyabr 2026 09:00
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

Sitat.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.