Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Gündəm 05 Noyabr 2026 14:43

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatar reysləri təyin edib.

Bu barədə Sitat.info-ya ADY-dən məlumat verilib.

    8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

    Biletləri saytdan, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

    ADY: Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib