İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək 

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək 
SİYASƏT 05 Noyabr 2026 14:56

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbə bildirib.

Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.

"Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək", - mənbə qeyd edib.