225 saylı məktəbdə şagirdlər çəkiliş aparan jurnalistlərə hü*cum etdilər - Video
Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq həyatını itirib.
Sitat.info xəbər verir ki, jurnalist Rəşad Vəkiloğlu hadisə zamanı çəkiliş qrupunun fiziki zorakılığa məruz qaldığını bildirib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, məktəbdə baş verən intihar hadisəsini işıqlandırmaq üçün hadisə yerinə gediblər. Çəkiliş zamanı məktəblilərin hücumuna məruz qalıblar.
\