BDYPİ elektroskuter istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ

BDYPİ elektroskuter istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
HADİSƏ 28 Oktyabr 2026 12:37
Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.

Bu barədə Sitat.info-ya Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.

Məlumata görə, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.

Baş Dövlət Yol Polis İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.

Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır.