İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik etdi 

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik etdi 
SİYASƏT 28 Oktyabr 2026 11:13
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".