Tramp bu şəxslərə 1 milyon dollar verəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə saxtakarlıq barədə məlumat verən şəxslərə 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, mükafat yalnız saxtakarlıqda iştirak edən şəxslər həbs olunaraq məhkum edildikdə ödəniləcək.
Qeyd edək ki, Tramp əvvəlki prezident seçkilərində Co Baydenə uduzduqdan sonra səsvermədə saxtakarlıq edildiyini iddia etmişdi.
Bu iddialar ABŞ-da uzun müddət müzakirələrə səbəb olmuşdu.
Aytac,
Sitat.info