Danlanın yenidən vəziyyəti pisləşdi 

Danlanın yenidən vəziyyəti pisləşdi 
Dünya 27 Oktyabr 2026 13:38

Türkiyəli sosial media fenomeni Danla Bilicin evdə vəziyyəti pisləşib.

Sitat.info axşam.az-a istinadən bildirir ki, 9 dəfə əməliyyat olunan fenomen həmin anların videosunu sosial media hesabında yayımlayıb. O, bir anda ayağının keyidiyini və bu səbəbdən təcili tibbi yardım çağırdığını bildirib. Hazırda vəziyyətinin düzəldiyini açıqlayan Danla müayinələrdən keçəcəyini əlavə edib.

Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün indiyədək 9 dəfə əməliyyat olunub. O, daha əvvəl estetik əməliyyatlarına 300 min dollar xərclədiyini açıqlamışdı.