Qətlə görə DTX-nin saxladığı Emin Rəhimov və Elmar Cəfərov həbs edildilər-Foto
Sitat.info xəbər verir ki, məlumata görə, hər iki şəxs Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb və keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, “Sabunçu Emin” ləqəbi ilə tanınan Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Onlar Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafülırin birində kütləvi dava zamanı “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin qətlində təqsirləndiriliblər. Bu hadisəyə görə daha 11 nəfər məhkmənin qərarı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs ediliblər.