Dünyanın ilk xərçəng peyvəndi ölüm riskini 42 faiz azaltdı 

Dünyanın ilk xərçəng peyvəndi ölüm riskini 42 faiz azaltdı 
Gündəm 26 Oktyabr 2026 12:27

Dünyanın ilk fərdiləşdirilmiş mRNT xərçəng peyvəndi melanomanın təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

Sitat.info xəbər verir ki, “Moderna” və “Merck” şirkətlərinin hazırladığı peyvənd əməliyyatdan sonra dəri xərçənginin yenidən yaranmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Tədqiqatda 157 mərkəzdən 1100-dən çox xəstə iştirak edib. Peyvənd “Keytruda” immunoterapiyası ilə birlikdə tətbiq olunur.

Müalicə hər xəstənin şişinin genetik xüsusiyyətlərinə uyğun hazırlanır və immun sisteminə xərçəng hüceyrələrini tanıyaraq məhv etməyə kömək edir.

Nəticələr xərçəng müalicəsində mühüm irəliləyiş hesab olunur. Bununla belə, peyvənd hələ geniş istifadəyə təqdim edilməyib və tənzimləyici qiymətləndirmə mərhələsindədir.

Mütəxəssislər fərdiləşdirilmiş mRNT texnologiyasının gələcəkdə digər xərçəng növlərinin müalicəsində də tətbiq oluna biləcəyini düşünürlər.

Aytac,

Sitat.info