Azad edilmiş ərazilərdə daha 164 mina aşkarlandı
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Sitat.info-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina, 526 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 997 hektar ərazi mina və PHS-lərdən təmizlənib.