Yaponiyanın keçmiş Baş naziri vəfat edib
Sitat.info xəbər verir ki, Fukuda 2007-2008-ci illərdə baş nazir vəzifəsində çalışıb.
Siyasi karyerasına 1970-ci illərdə, baş nazir vəzifəsində çalışan atası Takeo Fukudanın katibi olduqdan sonra başlayıb.
Yasuо Fukuda hökumət başçısı vəzifəsinə gəlməzdən əvvəl dörd il - 2000–2004-cü illərdə Nazirlər Kabinetinin baş katibi vəzifəsini tutub. O, faktiki olaraq hökumətdə “ikinci şəxs” hesab olunurdu və bu vəzifədə Yoşiro Mori və Cunitiro Koizuminin baş nazirliyi dövründə çalışıb. Bu vəzifədə qalma müddətinə görə onu yalnız Şinzo Abe hökumətində səkkiz il Nazirlər Kabinetinin baş katibi olmuş Yoşixide Suqa geridə qoyur.
Xarici siyasətdə Yasuо Fukuda “göyərçin” - daha mülayim mövqeyi müdafiə edən siyasətçi hesab olunurdu. Asiya ölkələri ilə, ilk növbədə Çinlə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı idi.
Yasuо Fukudanın siyasi yolunu oğlu, hakim Liberal-Demokrat Partiyasının deputatı Tatsuo Fukuda davam etdirir.